Cənubi Sudanda üsyançı döyüşçülərə maaş əvəzinə qadınları zorlamaq icazəsi verilib.
7News.Az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
Məlumata görə, ötən il bu ölkədə 1300 qadın zorlanıb. Hesabatda bildirilir ki, yerli hakimiyyət yaraqlıların törətdikləri cinayətlərə təkcə göz yummur, həm də onları mükafatlandırır.
“Hökumət qüvvələrinin və könüllülərin seksual zorakılığının növləri və həcmi qorxulu detalları ilə təsvir edilir”, - BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib.
O, bildirib ki, Cənubi Sudanda baş vermiş cinsi zorakılığın miqyası və tipi dünyada ən ağlagəlməz insan haqları pozulmasıdır.
Qeyd edək ki, Cənubi Sudanda vətəndaş münaqişəsi 2013-cü ilin dekabrından bəri davam edir.








