30 yaşlı şəxsin saatlarla evdə saxlayıb, işgəncə verdiyi qadın rəfiqəsinə atdığı selfi sayəsində xilas olub.
Sevgilisini Londondakı evinə çağırdıqdan sonra qapıları kilidləyən Michael Goodwin tərəfindən vəhşicəsinə döyülən gənc model Martha Dolakın bir gözü kor olub. Kəllə sümüyündə çatlar əmələ gələn Dolak 21 saat boyunca evdə zorla saxlanılaraq işgəncəyə məruz qalıb.
Üz və baş nahiyəsində qırıqlarla yanaşı, beyninə qan sızan qadın "Öləcəyimi düşünürdüm" deyib.
Sevgilisinin bir anlıq fikrinin yayınmağından istifadə edən model qorxunc yaralarını göstərən bir selfi çəkərək rəfiqəsinə yollayıb. Bunun sayəsində polisin xəbərdar edilməsi sonrası Martha saatlarla davam edən qorxu dolu işgəncədən qurtulub.
Gənc modelə işgəncə verən Goodwin 4 il 3 ay azadlıqdan məhrum edilib.
Cütlük 18 aydır bir yerdəymiş.


7news.Az







