Əsirlikdən qayıdan Gəncə sakini Bayram Kərimovdan xəbər var.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Bayram bu gün onlayn imtahan verib. O, saytımıza özəl olaraq bu barədə danışıb:
"2008- ci ildə orta məktəbdən çıxaraq peşə məktəbinə daxil oldum. İki il oxuduqdan sonra peşə məktəbindən könüllü əsgərliyə getdim. Daha sonra məktəbi bitirmədim. Bu gün 28 yanvar tarixdə on bir illik attestatıma görə onlayn imtahan verdim. İmtahan uğurlu keçdi".
Qeyd edək ki, imtahan eksternat qaydada keçirilib. Bu qaydada imtahanların keçirlməsi istənilən yaşda şəxsə şamil edilə bilər.
7News.Az








