Saatlarla əlimizdən düşməyən mobil telefonlar əsl mikrob mənbəyidir.
Dünyanın bir sıra universitetlərinin mütəxəsisslərinin apardığı araşdırma nəticəsində bu bir daha təsdiqini tapdı. Səbəb təbii ki, mobil telefonları istədiyimiz zaman suyun altına salıb yaxşıca yuya bilməməyimizdir. Lakin tez-tez ixtiraları ilə gündəmə gələn yaponiyalı mütəxəssislər, bunun da çarəsini tapdılar. Belə ki, onlar sabunla yuyula bilən, sukeçirməz smartfonlar sitehsal ediblər.
“Digno rafre” adı verilən smartfonları hovuzda, çimərlikdə, hətta hamamda da istifadə etmək mümkündür. Ekran islansa da, sensorluq funksiyasını itirmir. Bunda başqa yeni smartfonlar özü-özünü bərpa etmək qabiliyyətinə malikdir. Yəni telefon üzərində hər hansı cızıq əmələ gələrsə bir neçə saniyə sonra, həmin cızıqlar yox olur.
Yaxın günlərdə dünya bazarına çıxarılacaq smartfonların ilkin qiyməti 465 dollar olacaq./atv
7news.az








