RU
“Əsla imkan verməyəcəyik...” - Ərdoğandan partlayışa reaksiya
01:49
384

“Əsla imkan verməyəcəyik...” - Ərdoğandan partlayışa reaksiya

"İzmirdə törədilmiş terror aktını qınayır, böyük bir faciənin qarşısını alan şəhid polisimizə və həyatını itirən katibimizə Allahdan rəhmət diləyirəm. Terrorun millətimizi, dövləti qorxutmağına, cəmiyyəti qütblərə bölmək cəhdinə əsla imkan verməyəcəyik”.

7news.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə Ədliyyə binası önündə baş vermiş partlayışı şərh edərkən bildirib.

Qeyd edək ki, İzmir Ədliyyəsi qarşısında baş vermiş partlayış nəticəsində 1-i polis, 1-i ədliyyə işçisi olmaqla 2 nəfər şəhid olub, 3-ü polis, 7-si mülki vətəndaş olmaqla 10 nəfər xəsarət alıb.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ