26.10.2015-ci il tarixində 7News.Az informasiya portalında “Səlim Müslümovun Füzulidəki nümayəndəsi on minlərlə vəsaiti belə mənimsəyir - ŞOK STATİSTİK FAKTLAR” başlığı altında yazı dərc olunmuşdu.
Məlumatda bildirilirdi ki, rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Adil Həziyev rəhbərlik etdiyi qurumda yeni sistem yaradıb.
Belə ki, ƏSMM müdirliyinə təyinat alan Adil Həziyev dövlət tərəfindən vətəndaşlara verilməli olan ünvanlı sosial yardımı öz yaxın adamalarına, tanışlarına və qohumlarına verir.
Bundan başqa iki illik ünvanlı sosial yardım almaq istəyənlər isə bəri başdan alacaqları yardımın 3 ayını Adil Həziyevə verməlidirlər. Adil Həziyev keçmiş sələfindən fərqlənməyərək ünvanlı sosial yardımı yenə də imkanlı şəxslərə verməklə onların hesabına yaxşı qazanc əldə edir.
Mənbəmiz iddia edir ki, mərkəz müdiri 25-ə yaxın şəxsin adını ünvanlı soial yardım siyahısına salaraq ayda onların adına dövlət büdcəsindən 3000 manata yaxın vəsait mənimsəyir. Mərkəz müdiri vaxtı ilə icra nümayəndəsi işlədiyi kənddəki ən yaxın adamlaırnın adına yardım pulu aldığı deyilir.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini örgənmək üçün, ƏSMM Nazirliyinin Füzuli rayon şöbəsi ilə əlaqə saxlamağa çalışdıq (şənbə və bazar günləri). Ancaq heç bir nəticəsi olmadı. Zənglərimiz cavabsız qaldı.
Bununla yanaşı, ƏSMM Nazirliyinin Füzuli rayon şöbəsi bu məlumatların doğru olmadığını, dərc olunan bütün məlumatların yanlış olduğunu, hətda araşdırılmadan işıqlandırıldığını iddia edir.
Adil Həziyev redaksiyamıza müraciət edərək, bu cür yazının mətbuatda daha öncədə dərc olunduğu və ƏSMM –dan, xüsusi yoxlama qrupu gələrək, məsələyə öz rəyini bildirmişdi.
Biz də 7News.Az saytı olaraq, jurnalsitika prinsiplərinə görə, bütün tərəflərin mövqelərini dərc etmiş olduq.








