RU
12:10
292

"Estetik əməliyyat etdirsəm, əvvəlcə böyük burnumdan başlayaram"

Müğənni Rafet El Romanın estetik əməliyyat etdirməsi ilə bağlı iddialar yayılıb.

7News.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb sənətçinin 4 gün əvvəlki konserti zamanı üzündə hiss edilən dəyişiklik olub.

Onun üzünə dolğu etdirməsi deyilib.

Rafet isə iddialara sosial media hesabındakı paylaşımı ilə son qoyub.

 

Belə ki, müğənni açıqlamasında bu sözləri deyib:

"Əgər estetik əməliyyat etdirsəm, əvvəlcə bu böyük burnumdan başlayaram. Nə etmək olar ki, doğulandan bəri cəlbediciyəm. Həyata qarşı olan həyəcanımı itirmirəm".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ