RU
Eston polisindən sürücülərə qəribə təklif: Cərimənin əvəzinə...
12:50
215

Eston polisindən sürücülərə qəribə təklif: Cərimənin əvəzinə...

Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.

7News.Az Azərtac-a istinadən xəbər verir ki, sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq "sakitləşdirici tənəffüs” adlandırıblar.

Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.
 
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ