RU
Estoniya ikinci turda da prezidentini seçə bilmədi
14:47
570

Estoniya ikinci turda da prezidentini seçə bilmədi

Estoniya parlamenti seçkilərin ikinci turunda ölkənin yeni prezidentini seçə bilməyib.

7News.Az rus KİV-ə istinadən xəbər verir ki, prezidentliyə namizəd olan üç nəfərdən heç biri deputatların etimadını qazana bilməyib. Bildirilir ki, səsvermənin 3-cü turu keçiriləcək.

Qeyd edək ki, prezidentliyinə namizədlər Mərkəzçi Partiyasının parlament fraksiyasının sədr müavini Maylis Reps, keçmiş ədliyyə kansleri Allar Yıks və parlamentin spikeri Eyki Nestordur.

Hazırda isə Estoniyanı Tomas Hendrik İlves idarə edir.

Xatırladaq ki, avqustun 29-u səsvermənin birinci mərhələsi keçirilsə də, namizədlər deputatların üçdə ikisinin dəstəyini qazana bilməmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ