Estoniyanın baş naziri Yuri Ratas Rusiyanın TASS agentliyinə müsahibə verib.
Baş nazir müsahibə zamanı Estoniya ilə Rusiyanın iqtisadi məsələlərinə toxunaraq bildirib ki, son illər iki ölkə arasında yaranan mübahisələ məsələlərə son qoyulmağın vaxtıdır.
"Estoniyada istehsal olunan balıq konservləri 2015-ci ildən Rusiyaya idxal olunmur. Rusiyada bizim məhsullara qadağa qoyulub. Ümid edirəm ki, bu problem tez bir zamanda həll olunar. Çünki bizim məhsullar beynəlxalq keyfiyyətə uyğun istehsal olunur və keyfiyyətlidir. Bundan başqa, turizm sahəsində də Rusiya ilə əlaqələri bərpa etmək istərdik. Çünki ölkəmizdə turstlərin sayına görə, Rusiya ikinci yerdə durur”, – deyə Yuri Ratas bildirib.
Estoniyanın təhlükəsizliyilə bağlı suallara cavab verən Yuri Ratas bildirib ki, bu il ölkəsi müdafiə xərclərini artırmaq niyyətindədir. Onun sözlərinə görə, 2017-ci ilin büdcəsində hərbi xərclərin ÜDM-un 2,17%-i təşkil edəcəyi planlaşdırılır. Yuri Ratas təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılması baxımından Rusiya ilə də qarşılıqlı əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
"Regionda terrorla mübarizə, təhlükəsizliyin gücləndirilməsi baxımından istənilən dövlətlə, ələlxüsus da Rusiya ilə əməkdaşlıq etməyə hazırıq”, - deyə baş nazir qeyd edib.
Yuri Ratas NATO qüvvələrinin Estoniyada yerləşdirilməsilə bağlı suallara cavab verərkən bildirib ki, artıq məsələ ilə bağlı müəyyən razılığa gəlinib:
"NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək. NATO-nun Estoniyada mayda nəzərdə tutduğu təlim zamanı baş verəcək. Artıq bu mərhələdə işlrə başa çatmaq üzrədir”.
Qeyd edək ki, ötən il Varşavada keçirilən NATO sammitində 2017-ci ildə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin yerləşdirilməsinə dair qərar qəbul olunub. /olke.az
7news.Az








