RU
Estoniya Rusiya ilə sərhədi bağlamağa hazır olduğunu açıqladı
15:20
28

Estoniya Rusiya ilə sərhədi bağlamağa hazır olduğunu açıqladı


Estoniya, 'hibrid hücumlar' olaraq xarakterizə etdiyi immiqrasiya vəziyyətinə görə Rusiya ilə sərhədini bağlamağa hazır olduğunu açıqladı.

7NEWS.az xəbər verir ki, Rusiyanın Estoniya cəmiyyətində təşviş və qeyri-sabitlik yaratdığına işarə edən ölkənin xarici işlər naziri Marqus Tsahkna NATO-nun xarici işlər nazirləri çərçivəsində Brüsseldə keçirilən Skandinaviya və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin görüşündə Estoniyanın sərhədlərlə bağlı mövqeyini bu şəkildə ümumiləşdirib. Nazir çıxışında Rusiya ilə Finlandiya sərhədindəki vəziyyətə də diqqət çəkərək, "Estoniya Rusiya ilə sərhədini bağlamağa və hər cür hibrid hücumlardan qorunmağa hazırdır. "Ölkəmiz Finlandiya ilə həmrəydir və lazım gələrsə, ona kömək etməyə hazırdır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ