Estoniya XİN rəhbəri prezident seçkilərinə qatılmaq üçün istefaya gedir.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarını nazir Marina Kalyurand açıqlayıb.
Xatırladaq ki, ötən ay Estoniya parlamenti yeni prezidenti seçə bilmədi. Növbəti seçki sentyabrın 24-ü baş tutacaq.








