RU
Estoniyanın ilk qadın prezidenti and içdi
16:57
581

Estoniyanın ilk qadın prezidenti and içdi

Estoniya parlamentində ölkə tarixində ilk qadın prezident olan Kersti Kalyulaydın andiçmə mərasimi keçirilib.

 

7news.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kalyulayd and içdikdən sonra rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Dövlət başçısı postunu tərk edən Toomas Hendrik İlves K.Kalyulayda prezident nişanını - qızıl ulduzlu döş zəncirinı təqdim edib.

Qeyd edək ki, K.Kalyulayd oktyabrın 3-də parlamentin deputatları tərəfindən prezident seçilib. 101 deputatdan 81-i onun lehinə səs verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ