RU
Etika Akademiyasının eksperti tərəfəindən
13:43
2326

Etika Akademiyasının eksperti tərəfəindən

Etika Akademiyasının etiket üzə eksperti , bəstəkar  Sevinc Agasiyeva ilk dəfə həmdə bir ifaçı kimi  klip təqdim edib.

Etika Akademiyasında yüksək cəmiyyətdə davranış qaydalrını , dəb dünyasındın qanunlarl və ziddiyətləri barədə bir neçə layihə müəllifidir. Nümunəvi olmaq üçün zəngin daxili dunyaya və savadlı olmaq kifayət etmir, etiketin texniki tərəflərini də nümayiş etməyə gərəkli olduğuna inanır.

Yüzlərlə gəncin, uşaqların,  etik davranışlar  üzrə təlim deyən Sevin Ağasıyeva öz mədəniyyəti , sənətinə münasibəti ilə valeh edir.  

Sevin Ağasiyevanın dediyinə görə : “Həyatımda xüsusi bir dönüş yaradan bu musiqi parçası mənim yeni nəfəsim oldu. Heç bir şey musiqi kimi həyatımızda olub keçən hadisələri xatırlada bilməz. Hər bir hadisə həyatımızda bir damladır, o damlalar musiqidə notlara bənzər, hər bir not isə musiqini bizə çatdıran möcüzədir. Həyatımız sakit, coşan, duyğulanan, sevən, inciyən və hətta incidən bir dənizə bənzər. “Nur çələngi” musiqisi sahilə çırpılan dalğaların səsidir, o səs ki hər dinləyicini öz dünyasına, öz dənizinə, öz xatirələrinə aparacaq. Kompozisiyada vokal olmasa da hər biriniz öz ürək döyüntünüzü, öz səsinizi, öz arzularınızı, öz ruh azadlığınızı burada tapacaqsınız. “Nur çələngi”nə ekran həyatı verən klipin rejissoru Elnur Əliyevə, operatoru Əhməd Xəlilova, montajçısı Nadir Əliyevə, qrafika ustası Vüsal İmanova, kompozisiyanın aranjimançısı Elvin Musayevə və skripka partiyasını ifa edən Əməkdar Artist Səlim Abbasova öz dərin təşəkkürümü bildirirəm.”

Qeyd etmək istərdik Etika Akademiyasında 5-17 yaş arasında uşaqlar üzrə etiket təlimləri verilir. Hərk kəs müraciət edə bilər. Sevin Ağasıyeva kimi mənəvi dəyərlər və etiket barədə dolğun məlumata sahib ekpsertlərə uşaqlarınızı rahat həvalə edə bilərsiniz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ