RU
Ətin qiyməti ilə bağlı
13:50
841

Ətin qiyməti ilə bağlı

Mətbuatda ətin qiymətinin 2 manatadək artımı ilə bağlı yazılan informasiyalar həqiqəti əks etdirmir.

Ətin qiymətində hər-hansı dəyişiklik yoxdur.

Bu barədə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarında ət istehlakçılara 5 manat 50 qəpik -6 manat arasında təklif edilir.

A.Əliyev Azərbaycanda üzən məzənnə rejiminə keçdikdən sonra, süni qiymət artımının qarşısını almaq məqsədilə istehlak bazarına nəzarətin gücləndiyini qeyd edib:

“Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarəti daha da gücləndirib. Məqsəd odur ki, manatın məzənnəsinin ucuzlaşmasından kimsə sui-istifadə etməsin”, - deyə nazirliyin rəsmisi əlavə edib.

O həmçinin bildirib ki, bu günə qədər belə bir hal aşkarlanmayıb:

“Süni qiymət artımı ilə bağlı hər-hansı hal olarsa, bu halda ictimaiyyət məlumatlandırılacaq”, - deyə o bildirib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ