Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb.
7News.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir.
"Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur", - deyə nazirlik rəsmisi vurğulayıb.
M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cuzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü".
M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur.
Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur./azvision
7News.az








