RU
Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı
15:40
485

Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı

Ermənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb.

7news.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Mərkəzi küçələri bağlayan etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirir, sakinləri aksiyaya qoşulmağa çağırır.

"Eçmiadzin polisi vəziyyətə nəzarət edir. Nümayişçiləri ictimai asayışı pozmamağa, aksiyanı qanun çərçivəsində keçirməyə çağırırıq”, -deyə polis idarəsinin bəyanatında deyilir.

Paralel olaraq Gümrü və Vanadzor şəhərlərində də Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar keçirilir. Toqquşmaların və ya saxlanılanların olmadığı bildirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ