Baş Qərargah rəisi general Vaker-uz-Zaman iğtişaşlar fonunda ölkəni müvəqqəti olaraq nəzarətə götürdüyünü açıqlayıb.
7NEWS.az xəbər verir ki, tələbə etirazlarının zorakılığa çevrilməsi ilə 15 illik hakimiyyətinə son qoyan Banqladeş baş naziri Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumətə başçılıq edəcək adlar arasında Nobel mükafatı laureatı Məhəmməd Yunus da var. Prezident Məhəmməd Şahabuddin və Ordu Qərargah rəisi Vaker-uz-Zaman bazar ertəsi elan edib ki, müvəqqəti hökumət tezliklə yaradılacaq.
7NEWS.az








