“Antalyaspor”un ulduz futbolçusu Samuel Eto'o “Qalatasaray”la oyunda əllə qol vurduğunu etiraf edib.
7News.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqanın 29-cu turunda “Qalatasaray”la oyunda dubl edən kamerunlu hücumçu ikinci qolu əli ilə vurduğunu deyib.
O, buna görə matçın baş hakimindən və “Qalatasaray” azarkeşlərindən üzr istəyib.








