ETSN-də kadr dəyişikliyi edilib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna yeni direktor əvəzi təyin olunub.
Hazırda bu vəzifəni büronun direktor müavini Gülşad Məmmədova icra edir.
Qeyd edək ki, ötən ilin yanvar ayından etibarən həmin vəzifə büronun baş hidroloqu Asif Verdiyevə həvalə olunmuşdu. A.Verdiyev hazırda büronun baş hidroloqudur.
7News.Az








