RU
ETSN-də kadr dəyişikliyi olub
12:29
497

ETSN-də kadr dəyişikliyi olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev vəzifəsindən azad edilib. 

7News.Az xəbər verir ki, bu barədə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O bildirib ki, Ələmdar Piriyev Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktor müavini təyin edilib.

Ə.Qaralov qeyd edib ki, Xidmətin baş geoloqu vəzifəsinə yaxın vaxtlarda təyinatın olması gözlənilir./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ