RU
ETSN: Heyvanlara işgəncə ilə bağlı qanunvericilikdə ciddi boşluqlar var
17:10
522

ETSN: Heyvanlara işgəncə ilə bağlı qanunvericilikdə ciddi boşluqlar var

"Heyvanlarla işgəncəli rəftarla bağlı bizim qanunvericilikdə ciddi boşluqlar var”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.

O, bildirib ki, heyvanlar aləmi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə başlanılıb: "Bunun üçün beynəlxalq təcrübə öyrənilir. Bir çox ölkələrdə heyvanlarla işgəncəli rəftara görə ciddi cəzalar var. Belçikada 2 il, Ukraynada 3 ilə qədər, Almaniyada isə 3 il azadlıqdan məhrumetmə, Hollandiyada 20 min avroyadək pul cəriməsi tətbiq edilir. Qonşu Türkiyədə də ciddi qanunlar tətbiq edilir. Türkiyə qanunvericiliyinə əsasən, heyvanların döyüşdürülməsi ilə bağlı 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bu yanaşma Azərbaycanda da tətbiq edilə bilər. Çünki heyvanlarla işgəncəli rəftara görə cərimə 500 manatdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin bu hissəsinin dəyişdirilməsi üçün yeni müddəaları layihə formasında hazırlamışıq. Sanksiyaların ciddi sərtləşdirilməsinə ehtiyac var. Gələn həftədən bu layihənin ictimai müzakirəsinə başlanılacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ