İsrailin baş naziri Binyamin Netanyahu builki "Eurovision” mahnı müsabiqəsində qalib gələn Netta Barzilayı təbrik edib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bildirib. Netanyahu bəyanatını Tvitter səhifəsində yazıb: "Netta, sən İsrailə böyük şərəf verdin! Gələn il Qüdsdə!”.
Qeyd edək ki, İsrail Qüdsü özünün Fələstin torpaqlarında paytaxtı elan edib.
7news.Az







