Bu gün Stokholmda “Eurovision – 2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
7News.Az xəbər verir ki, yarımfinal saat 23 00 - da İctimai TV- də canlı yayımlanacaq.
Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva , Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika final üçün mübarizə aparacaqlar.
Xatırladaq ki, artıq birinci yarımfinal baş tutub, 10 ölkə finala vəsiqə qazanıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimli final gecəsinin birinci hissəsində “Globen-Arena”da çıxış edəcək.

















