Avropa Yayım Birliyi “Eurovision” mahnı müsabiqəsi ilə bağlı bayraq siyasətində dəyişiklik edib.
7News.Az xəbər verir ki, AYB-nin məlumatına görə, bir sıra nümayəndə heyətləri ilə müzakirələrdən müsabiqə təşkilatçıları milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.
Təşkilatçılar, həmçinin iştirakçıları müsabiqəni siyasiləşdirməməyə, bir-birlərinə tolerant yanaşmağa çağırıb.
Qeyd edək ki, aprelin 29-da AYB müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara baskların (İspaniya), Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqlarının gətirilməsinin qadağan edilməsinə dair açıqlama yaymışdı.
Bununla bağlı Fələstin tərəfindən də müraciət olunmuş və onlar AYB-dən üzrxahlıq tələb etmişdilər.








