Bu il “Eurovision” mahnı müsabiqəsinin qalibi olan Ukrayna gələn il keçiriləcək tədbir üçün uyğun məkanın olmadığını açıqlayıb.
7News.Az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.
Nazir bildirib ki, bunun üçün yeni bir bina inşa edilməsi nəzərdə tutulur:
“Ukrayna böyük bir olimpiya stadionuna sahib olsa da, yarışmanın keçiriləcəyi məkanın üstüörtülü olması şərti baxımından stadionu yararlı saymaq doğru olmaz. Bundan əlavə, stadion texniki cəhətdən də tam təchiz olunmayıb”.
Qeyd edək ki, ukraynalı müğənni Camala bu il Stokholmda keçirilən “Eurovision 2016” mahnı müsabiqəsində krım tatarlarının faciəsini əks etdirən "1944" mahnısıya birinci olmuşdu. Gələn il yarışma Ukraynada reallaşacaq.








