RU
Ev yiyəsini aldadıb içəri girdi,
17:20
1190

Ev yiyəsini aldadıb içəri girdi,

Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb.

7news.Az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb. İ.Hüseynova xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi faktla bağlı əməliyyat-axtarış tədbirləri aparır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ