Marafon həvəskarı Tim Franklin evi tərk etmədən də məşq etməyin mümkün olduğunu əyani şəkildə sübuta yetirib.
"Daily Mail” xəbər verir ki, hazırda Avstraliyada koronavirus pandemiyası səbəbindən insanların evlərini tərk etməsi tövsiyə edilmir.
Tim Franklin formasını saxlamaq məqsədilə mənzilin daxilində yeddi saat müddətində 2010 dövrə vuraraq, 42,2 kilometr məsafəni qət edib.
Həvəskar idmançı qaçışından kiçik bir hissəni çəkərək, özünün "Instagram” səhifəsində paylaşıb. Onun videosu izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.








