RU
Evdə partlayış oldu
17:04
759

Evdə partlayış oldu

Tovuzda evdə partlayış olub.

Tovuz rayonu, Alakol kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib.

Nəticədə taxtadan ibarət mərtəbələrarası arakəsmə, pəncərə çərçivələri və 1-ci mərtəbədə yerləşən 1 otağın xarici divarı dağılıb. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ