RU
Evdən külli miqdarda qızıl əşyaları oğurlayan şəxs tutuldu
16:50
354

Evdən külli miqdarda qızıl əşyaları oğurlayan şəxs tutuldu

Qaradağda evdən külli miqdarda qızıl əşyaları oğurlayan şəxs tutulub.

7news.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da rayon ərazisindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Samir Səlimov tutulub. Ondan 0,255 qram heroin götürülüb.

 

Fakt üzrə araşdırmalar davam etdirilir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ