RU
Evdən meyiti çıxan 4-cü şəxsin kimliyi niyə tapılmır?
14:00
172

Evdən meyiti çıxan 4-cü şəxsin kimliyi niyə tapılmır?

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda yerləşən mənzillərdən birində 4 nəfərin meyiti tapıldı.

Həmin 4 şəxsdən üçünün kimliyi artıq müəyyən edilsə də, bir nəfərin kim olması hələ də məlum deyil. Hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparsalar da, meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə, dördüncü şəxsin hər hansı qohumu və ya yaxını aidiyyəti üzrə müraciət etmədiyi üçün onun kimliyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır.

Qonşuluqda yaşayan sakinlərin məlumatına görə, evdəki şəxslər bayram günü-dekabrın 31-də vəfat etdikləri üçün onların bədənində müəyyən qədər erroziya gedib. Bununla belə, onlardan üçünün 19 yaşlı Kamran Allahverdiyev, onun dostu Kənan Nəzərov və 1991-ci il təvəllüdlü Pərvin Səfərlinin kimliyi müəyyən olunub.

Xatırladaq ki, ölənlərdən Kamran Allahverdiyev Sumqayıt sakinidir. O və dostu Kənan Nəzərovun 5 gündür ki, itkin düşmüşdü. Pərvin Səfərli isə həmin evdə kirayədə qalırmış. Onun yaxınlıqdakı bazarda işlədiyi bildirilir. İlkin ehtimallara görə, onların ölümünə səbəb dəm qazından boğulma və ya qida zəhərlənməsidir. Lakin bu barədə dəqiq məlumat ekspertiza rəyindən sonra bəlli olacaq. 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ