RU
Evə gecə gələn sevgilisini ayağından güllələdi - VİDEO
17:30
468

Evə gecə gələn sevgilisini ayağından güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində kişi sevgilisini odlu silahla vurub.

"İhlas Haber Ajansı”nın (İHA) yaydığı xəbərə görə, hadisə Böyükçəkməcə rayonunun Esenyurt hissəsində baş verib.

Xəbərdə bildirilir ki, evə gecə gələn qadını sevgilisi küçədə ayağından güllə ilə vurub.

Bu hadisə sakinlərin biri tərəfindən kameraya çəkilib.

Görüntülərdə hadisəni törədən şəxsin yaraladığı sevgilisinin yanında dayanaraq polisin gəlməsini gözləməyi, qadının isə "şikayətçi olmayacağam, get, polis gələcək” - deməsi diqqət çəkib.

Həmin şəxs isə qışqıraraq, hamının qadınları niyə öldürdüklərini qınadığını, heç kimin kişilərdən bunu niyə etdiklərini soruşmadıqlarını deyib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ