Lənkəranda oğurluq olub.
Hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib.
Belə ki, Azad Şəfiyevin evinə oğru girib.
Evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. A.Şəfiyevin həyat yoldaşına ilkin tibbi yardım göstərilib. Səs-küy yarandığını görən naməlum şəxs heçnə oğurlaya bilmədən qaçıb.
Faktla bağlı araşdırmalara başlanılıb./report
7news.Az








