Evə gizli kamera quraşdıran qadın görüntüləri izləyəndə dəhşətə gəlib.
Evə gizli kamera qoyan qadın ərinin qəribə hərəkətlərinin şahidi olub. Uşağın "sən evdə olmayanda evə başqa qadın gəlir" sözlərindən şübhələnən A.B adlı qadın yataq otağına gizli kamera qoyaraq vəziyyəti öyrənməyə çalışır.
Kameraya düşən görüntüləri izləyən qadın izlədiyi kadrlardan dəhşətə gəlir. O, evə gələn "başqa qadın"ın əslində əri olduğunu öyrənir. Belə ki, qadının əri arvadı evdə olmayanda onun paltarlarını geyinib gəzirmiş.
Vəziyyətdən şoka düşən qadın ərini məhkəməyə verib, qısa zamanda ondan boşanmaq istəyir.









