RU
Evə mərmi düşdü
21:14
410

Evə mərmi düşdü

Türkiyənin Diyarbəkr vilayətində evə mərmi düşüb.

Süfrə başında yemək yeyən 1 nəfər ölüb, iki nəfər isə yaralanıb. Hadisə 2 dekabrdan etibarən silahlı qarşıdurmaların intensiv davam etdiyi Sur rayonunun İsgəndərpaşa məhəllərində meydana gəlib.

Minaatandan atılan mərmi ikimərtəbəli evin ikinci mərtəbəsinə düşüb. Bu vaxt ailə süfrə başındaymış.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı istintaq başladılıb./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ