RU
Evə meteorid düşdü - VİDEO
20:16
26

Evə meteorid düşdü - VİDEO

Almaniyada atmosfer təbəqəsini dələrək parçalanmış meteoridin bir hissəsi Koblents şəhərində yaşayış evinə düşüb.

Bu barədə Almaniyanın dövlət radioyayım şirkəti olan "Südwestrundfunk" (SWR) məlumat yayıb.

Bildirilib ki, təmas nəticəsində evin dam örtüyündə futbol topu böyüklüyündə dəlik əmələ gəlib. Kosmik cismin qırıntısı yataq otağına düşsə də, xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Digər qırıntıların isə Reynland Pfalts federal torpağında yerləşən malikanələrin ərazilərinə düşdüyü deyilir./Trend.Az

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ