RU
Evi satmaq üçün atasını öldürüb anasını yaraladı
15:20
424

Evi satmaq üçün atasını öldürüb anasını yaraladı

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürüb, anasını yaralamaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Emin Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Samir Əliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Sadıqov 18 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, oğurluğa görə məhkum olunan və yeni həbsdən çıxan E.Sadıqov mərc oyunlarına pul qoymağa başlayıb və buna görə borca düşdüyü üçün evlərini satmaq istəyib. Evi satmağa etiraz edən atasını bıçaqlayaraq öldürüb, ona maneə olmaq istəyən anasını yaralayıb./qafqazinfo

 

7news.Az


 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ