RU
Evindən 1 kq heroin tapılan Sumqayıt sakininə hökm oxunub
19:39
655

Evindən 1 kq heroin tapılan Sumqayıt sakininə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Rasim Qarayevin (1984-cü il təv.) CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri ilə əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, bu il mayın 14-də Sumqayıt ş. Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında, əvvəllər məhkum olunmuş Rasim Qarayevi saxlayaraq, üzərindən 9,715 qram, yaşadığı evinə baxış zamanı isə əlavə 1,15 kiloqram heroin aşkar ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ