Gəncədə bıçalanma hadisəsi baş verib.
7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə küçəsi, 6-cı döngə, ev 7 də yaşayan 18 yaşlı şəhər sakini Şəhriyar Əliyev yaşadığı evin həyətində bıçaqlanıb.
Hələlik onun kim tərəfindən bıçaqlandığı bilinmir. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Vəziyyəti ağırdır, faktla bağlı araşdırma aparılır.
7news.az








