RU
Evlənmək istəyən 108 nəfərdə QİÇS aşkarlandı
13:59
1325

Evlənmək istəyən 108 nəfərdə QİÇS aşkarlandı

“İyul ayında nikaha daxil olmaq istəyən 536 nəfərdə talassemiya daşıyıcılığı, 96 nəfərdə sifilis, 11 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb”.

Bunu açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 

Direktor qeyd edib ki, ötən ay nikaha daxil olmaq istəyən 16 min 379 nəfər tibbi müayinədən keçib:

“6 cütlükdə isə talassemiya daşıyıcılığı aşkarlanıb. Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 169 min 38 nəfər müayinədən keçib. Onlardan 8 min 39 nəfərdə talassemiya daşıyıcılığı, 603 nəfərdə siflis, 108 nəfərdə isə QİÇS aşkarlanıb. 64 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ