RU
15:50
719

"Evlənməmiş cinsi əlaqədə olmayaq" deyən kişi bal ayında pis vəziyyətdə qaldı - FOTO

Ər onun haqqında sosial şəbəkədə status yazan həyat yoldaşını məhkəməyə verib.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, həyat yoldaşı ilə bal ayına gedən qadın sosial şəbəkə qruplarının birində onun kişiliyini ələ salan status paylaşaraq həmcinslərindən məsləhət alıb.

Adı açıqlanmayan kişi özü ilə bağlı yazılan statusu tapdıqda məhkəməyə müraciət edib. Həyat yoldaşı ilə boşanacağını söyləyən kişi həm də arvadından təzminat tələb edir.

 

Qadın qrupda yazdığı statusda bildirib ki, "evlənənə qədər intim münasibətdə olmayaq" deyən ərinin bal ayında cinsi zəiflik probleminin olduğunu öyrənib və özünü aldadılmış kimi hiss edən qadın bu səbəbdən də həmcinslərindən məsləhət istəyib.

İngiltərədə baş verən hadisə son günlərin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ