Ötən həftə özünə kişi toyu edən meyxanaçı Namiq Qaraçuxurlu “Onlar” verilişinə açıqlama verib.
Sənətçi çoxlarının onun evlənməyinə inanmadığını bildirib:
“Bu mənim həyat yolumdur. Özümə lazım olanı etdim və evləndim. Ailə həyatı qurmağıma kimisi inanır, kimisi isə inanmır. İlk xeyir-duamı anamdan və nənəmdən aldım. Nənəm bir həftədir ki, rayondan gəlib, bizdə qalır. Toyum günü onların nə qədər sevindiyini gördüm. Gec və ya tez evlənməyin fərqi yoxdur. Əsas odur ki, yaxşı olsun. Bu toyla çiynimdən böyük yük götürüldü”. /axsam
7News.Az








