Tərtərin Qaraqoyunlu kəndində evlərə basqın edən maskalı şəxs saxlanılıb.
Saxlanılan şəxs elə həmin kəndin sakini, 21 yaşlı Ağacanov Azər Ağacan oğludur.
Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi Tural Əhmədli APA-ya bildirib ki, saxlanılan şəxs artıq əməlini etiraf edib.
Müstəntiqin sözlərinə görə, A. Ağacanovun basqın etdiyi ailələrin hər üçü ailə başçısını itirib.
O, aprelin 20-da qarət məqsədilə kənd sakinləri Maral Əliyeva, Tamella Əliyeva və Nəzakət Məmmədovanın evlərinə girsə də, məqsədinə nail ola bilməyib.
A. Ağacanov cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma davam edir./apa
7News.az








