RU
Evli qadın sevgilisini turşu ilə yandırdı
23:45
1516

Evli qadın sevgilisini turşu ilə yandırdı

Pakistanda evli qadın onunla evlənmək istəməyən sevgilisinin üzərinə "kislota" töküb. Anspress-in məlumatına görə, artıq Pakistan polisi Monil Moi adlı qadını həbs edib.
 
Hadisə Pakistanın Multan şəhərində baş verib. "Associated Press" agentliyinin məlumatına görə, 32 yaşlı qadın rəsmi olaraq evli olmasına rəğmən sevgilisi Sadakat Alinin onunla evlənəcəyi təqdirdə ərindən boşanacağını bildirib.
 
Polis hücuma məruz qalan Alinin hazırda Multan şəhər xəstəxanasına çatdırıldığını bildirib.
 
Pakistanda buna oxşar hadisələr adətən "adət-ənənə cinayətləri" başlığı altında qadınlara qarşı törədilir. Buna görə bu hadisə Pakistan cəmiyyəti üçün qeyri-adi hal hesab olunur./qaynarinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ