RU
Evlilik verilişindəki azərbaycanlı qız canlı yayımda BUNU DA ETDİ - VİDEO
11:37
479

Evlilik verilişindəki azərbaycanlı qız canlı yayımda BUNU DA ETDİ - VİDEO

Zuhal Topalın evlilik verilişində qalmaqalları ilə məşhurlaşan azərbaycanlı Naz Mila canlı yayımda heç kəsin gözləmədiyi sevgi etirafı edib.

Naz Mila ona elçi düşən həmyerlisi model Əli Əkbərə aşiq olduğunu bildirib. Əli isə bu etirafın onun üçün gözlənilməz olduğunu, lakin bundan çox xoşlandığını bildirib. Daha sonra cütlük "Gəl ey səhər" mahnısının sədaları altında rəqs edib.

Xatırladaq ki, Əli Əkbər bu həftə Naza bahalı maşın hədiyyə edib. Naz isə Əkbərdən qiymətli hədiyyə götürməyin düzgün olmadığını bildirib. O, bunu Əli ilə yeni tanış olmaları izah edib.

Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.

İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır./publika

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ