Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 788 şübhəli barəsində həbs qərarı verilib.
7News.Az report-a istinadən bildirir ki, bununla bağlı İstanbul Ədliyyə Sarayı hökm çıxarıb.
Onların arasında 12 general, 1 admiral, polis, müəllim və əsgərlər də var.
Bundan əlavə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1 522 şübhəlinin məhkəmə prosesinin keçirilməsi gözlənilir.
7News.az








