Tamamilə gözlənilməz oldu. Hərbi çevriliş gecəsi, saat 22 radələrində göy üzündə hərbi təyyarələri gördüm.
7News.az bildirir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri Con Baas deyib. O, hərbi çevrilişdə ABŞ-ı ittiham edənlərə də səslənib:
"Təyyarələri görəndə əvvəlcə fikirləşdim ki, yəqin, haradasa terror olub. Zəng edib nə baş verdiyini öyrənməyə çalışdım. Təxminən saat 23-də Türkiyə hökumət nümayəndələri mənə zəng edib, hərbi çevrilişə cəhd olduğunu dedilər. Mənə zəng edən şəxs Xarici İşlər Nazirliyinin nümayəndəsi idi. Dedi ki, hərbi çevrilişə cəhd yaşanır. Bu məlumatı Vaşinqtona çatdırmağımı istədi, mən də tez ABŞ-a xəbər verdim.
Təəssüf ki, bəzən bu hadisəyə görə ABŞ-ı ittiham edirlər. Bu, bizi çox narahat edir. Təkrar edirəm: ABŞ hökuməti hərbi çevrilişi hazırlamayıb, idarə etməyib və dəstəkləməyib"./axar.az
7News.az








