RU
Çevriliş mətnini oxuyan TRT aparıcısı
11:26
7799

Çevriliş mətnini oxuyan TRT aparıcısı

Ankara Mütəşəkkil Cinayətkarlığa Qarşı Polis Şöbəsinin əməkdaşları Türkiyədə 15 iyul "FETÖ" terror təşkilatının törətdiyi cinayət işi ilə əlaqədar TRT televiziya kanalının 42 əməkdaşını saxlayıb.

7news.Az publika.az-a istinadən bildirir ki, saxlanılanlar arasında 15 iyul gecəsi qiyamçıların dövlət çevrilişi etməsi barədə mətnini efirdə səsləndirən TRT-nin tanınmış aparıcısı Tijen Karaş da var.
 
Saxlanılan şəxslər Ankara Təhlükəsizlik Xidmətinə gətiriliblər. Hazırda onların ifadələri alınır.
 
Qeyd edək ki, Ankara Prokurorluğu tərəfindən TRT-nin 42 əməkdaşı barəsində istintaq başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ