Türkiyənin Kütahya şəhərində məsciddə oğurluq hadisəsi baş verib.
7News.Az-ın "Haberler”ə istinadən məlumatına görə, axşam namazına gedən 3 gənc məsciddən çıxarkən nəzir qutularındakı pulu oğurlayıb. Pulun məbləği isə 500 lirə olub. Müşahidə kameralarına düşən həmin anlar polisin oğruları tutmasını asanlaşdırıb. Məhkəmə zamanı gənclərin əvvəllər də oğurluq üstündə məhkumluq yaşadıqları məlum olub.
Hər 3 şəxsə həbs cəzası verilib.
7News.Az








