RU
Əvvəl qonşunu, sonra özünü güllələdi – Saatlıda kriminal
11:10
420

Əvvəl qonşunu, sonra özünü güllələdi – Saatlıda kriminal

Saatlı rayonunun Bəylər kəndində güllələnmə hadisəsi qeydə alınıb.

Toydan çıxan Bəylər kənd sakini, Məhərrəmov Fürsət Qoca oğlu qonşusu Həsənov Mübariz Oruc oğlunu ov tüfəngi ilə qətlə yetirib.

Daha sonra yaşadığı ünvanın həyətində özünü güllə ilə vuraraq öldürüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

APA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ